33 yaşlı qadın faciəvi şəkildə öldü

28 Yanvar 2025 20:21

Şirvanda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az bildirir ki, Şirvanda yaşayan Sabirabad rayon Şıxsalahlı kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədli Sevinc Rüstəm qızı vanna otağında dəm qazından zəhərlənib.

O, Şirvan xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o 2 uşaq anasıdır.

Milli.Az