Təyyarədə uşaq doğuldu

28 Yanvar 2025 20:50

Daşkənddən Nyu-Yorka uçan "Uzbekistan Airways" aviaşirkətinə məxsus təyyarə göyərtəsində uşaq doğulması ilə əlaqədar məcburi eniş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

"Aviaşirkətin 33-cü ildönümü günü Daşkənddən Nyu-Yorka uçan HY101 reysinin göyərtəsində inanılmaz hadisə baş verdi. Uçuş zamanı sərnişinlərdən biri doğum sancısı keçirib. Sərnişin oğlan uşağı dünyaya gətirib", - məlumatda qeyd olunub.

Milli.Az