Dmitri Klimenkov işdən çıxarıldı

28 Yanvar 2025 15:45

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov işdən çıxarılıb.

Milli.Az-ın "insider.ua"ya istinadən xəbərinə görə, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Klimenkov bu vəzifəyə 2022-ci il oktyabrın 5-də təyin edilib və daha çox silah, hərbi texnika, eləcə də ordu üçün digər zəruri vasitələrin idxalına cavabdeh olub. /APA

Milli.Az