BluTV-nin fenomen serialı "Behzat Ç."fevralın 8-də Ankarada üçüncü sezonunun çəkilişlərinə başlayır.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, ilk iki mövsümün ssenarisini yazan və layihənin yaradıcısı olan Emrah Serbes üçüncü sezonun ssenarisi üzərində işləməyə davam edir.
Məlumata görə, Erdal Beşikçioğlu serialda məşhur Behzat Ç. rolunu yenidən canlandıracaq. Beşikçioğlu çəkilişləri Etimesgut Bələdiyyəsi-nin iş saatları xaricində və həftə sonları həyata keçirəcək.
Yeni sezon aktyor heyəti və hekayə detalları ilə izləyicilərdə böyük həyəcan yaradıb.
Fidan
Milli.Az