"Coca-Cola" məhsulları geri çağırılır – Tərkibində görün nə aşkarlandı

29 Yanvar 2025 09:27

Avropada Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid bəzi məhsulların geri çağırılması barədə qərar verilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Belçika Federal Qida Təhlükəsizliyi Agentliyi (FASFC) məhsullarda həddindən artıq klorat səviyyəsi aşkarlandığını bildirib.

FASFC-nin açıqlamasına görə, 328 GE - 338 GE istehsal koduna malik məhsullarda kloratın normadan yüksək olduğu müəyyən edilib. Bu səbəbdən istehlakçılara bu içkiləri istehlak etməmələri və satış nöqtələrinə geri qaytarmaları tövsiyə olunub.

Geri çağırılan məhsullar Belçika, Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburq bazarlarında satışa çıxarılıb.

İstehlakçılara müvafiq kodlara sahib məhsulları istifadə etməmələri və geri qaytarmaları tövsiyə edilir.

Fidan
Milli.Az