İspaniya millisinin baş məşqçisi ilə bağlı qərar açıqlandı

28 Yanvar 2025 09:51

İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqaviləni uzadıb.

Milli.Az xəbər verir ki, yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Luis de la Fuente 2022-ci ilin dekabrından İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının qalibi olub.

Milli.Az