Xalq artistinin səhhəti ilə bağlı yeni xəbər

27 Yanvar 2025 18:55

Ənvər Həsənovun vəziyyəti stabilləşib.

Milli.Az bildirir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, yanvarın 10-da Xəzər Tibb Mərkəzinə hospitalizasiya olunan Xalq artisti Ənvər Həsənovun müalicəsi Nevrologiya şöbəsində davam etdirilir, hazırda vəziyyəti stabildir.

Milli.Az