Bu qitə parçalanır, yeni okean yaranır

28 Yanvar 2025 07:40

Elm adamları Afrikanın gələcəkdə iki hissəyə bölünəcəyini və yeni bir okeanın formalaşacağını bildirirlər.

Milli.Az xəbər verir ki, son tədqiqatlar göstərir ki, bu parçalanma iki dəfədən çox sürətlənib. Efiopiya səhrasında 2005-ci ildə yaranmış 56 km uzunluğundakı çat illər ərzində genişlənməkdə davam edir.

Əvvəllər alimlər bu prosesin on milyonlarla il çəkəcəyini düşünürdülər. Lakin amerikalı professor Ken Makdonald parçalanmanın 1-5 milyon il ərzində baş verə biləcəyini açıqlayıb.

Nəticədə, Şərqi Afrika qitənin qalan hissəsindən ayrılacaq və yeni bir okean meydana çıxacaq.

Milli.Az