Parlamentdə Azərbaycandakı dini durum müzakirə olunacaq

27 Yanvar 2025 12:26

Milli Məclisdə ölkədə dini durumla bağlı ictimai müzakirə keçiriləcək.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün İş planında əksini tapıb.

Müzakirələr yaz sessiyası müddətində təşkil olunacaq.

Milli.Az