Helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırıldı

27 Yanvar 2025 12:03

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) balansında olan helikopterlərin özəlləşdirilməsi ilə bağlı yanvarın 30-da keçirməyi planlaşdırdığı hərracı dayandırıb.

Milli.Az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac AZAL-ın müraciəti əsasında dayandırıılıb.

Milli.Az