Virusa yoluxmuşam, ölən deyiləm - Lukaşenko

26 Yanvar 2025 21:40

Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə o, jurnalistlərlə müsahibəsində deyib.

Lukaşenkonun sözlərinə görə, Rusiyada və Belarusda H1N1 - donuz qripi yayılıb:

"Mən hələ ölmək fikrində deyiləm. Xəstələnməyimə gəlincə, güman ki, hokkey oyununda virusa yoluxdum. Çünki orda tərləmişdik, hamı bir-biri ilə qucaqlaşıb, şəkil çəkdirirdi. Ondan sonra qrip oldum və səsim batdı. Artıq sağalıram". (Globalinfo.az)

Milli.Az