“Uşaqlarım məni qəbul etmirdilər” - FOTO

26 Yanvar 2025 21:28

Aktyor Taleh Yüzbəyov yeni filmi ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, Taleh "Bəlkə də..." adlanan ekran işinin hazırlıq prosesindən yazıb:

""Bəlkə də..." filminin çəkilişə hazırlıqları davam edir. Zamanda səyahətlə bağlı film olacaq. Mənim üçün də yeni bir mərhələdir. Gələn həftə ilk tizerimizə baxa biləcəksiniz. İndidən həyəcanlanıram...Bu film üçün 6 ay saqqal saxlamışdım. Üzümü qırxanda uşaqlarım məni qəbul eləmirdilər". (olay)

Milli.Az