Belarusda prezident seçkilərində səsvermə başlayıb

26 Yanvar 2025 09:30

Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi əsas səsvermə günündə işə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası bildirib.

Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Milli.Az