Delimitasiya zamanı bu yol Azərbaycana verilməyəcək

26 Yanvar 2025 00:07

Delimitasiya nəticəsində Ermənistanın strateji infrastrukturu Azərbaycan nəzarətinə keçməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli kanala müsahibəsində deyib.

"Delimitasiya nəticəsində bizim strateji infrastrukturlarımız başqa ölkənin ərazisində qala bilməz", - o bildirib.

Qeyd edək ki, şərti sərhədin şimal hissəsində delimitasiya nəticəsində Ermənistanın Gürcüstana yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi gözlənilir.

Milli.Az