Məşhur sous rəflərdən yığışdırılır: Evdə varsa, dərhal qaytarın - FOTO

26 Yanvar 2025 06:19

ABŞ-ın məşhur sous markası tərkibindəki bəzi maddələrə görə mağazalardan yığışdırılır.

Şirkət istehsalı dayandırıb və vətəndaşlardan əllərində olan məhsulları geri qaytarmağı xahiş edib.

ABŞ-da yerləşən "Monkey Spit" MMC-nin "Monkey Mop", "Atomic Mop" və "Swamp Mob" barbekü sous məhsulları etiketlərində qeyd olunmayan allergenlər səbəbindən geri çağırılır.

Geri çağırma qərarı ABŞ Qida və Dərman Administrasiyasının (FDA) yoxlamalarından sonra qəbul edilib.

FDA-nın verdiyi açıqlamaya görə, sözügedən məhsulların etiketlərində süd, buğda və soya kimi allergenlərin qeyd edilmədiyi aşkarlanıb. Mütəxəssislər bu məhsulların istehlakının ciddi və ya həyati təhlükəsi olan allergik reaksiyalara səbəb ola biləcəyini vurğulayırlar.

Problemin tamamilə aradan qaldırılması təmin edilənə qədər məhsulların istehsalı dayandırılıb. (Publika.az)

Milli.Az