Türkiyə çempionatında oyunçu komanda yoldaşını vurdu, qırmızı vərəqə aldı - VİDEO

25 Yanvar 2025 20:07

Türkiyə Super Liqasının XXI turunda skandal yaşanıb.

Milli.Az xəbər verir ki, "Sivasspor" - "Kayserispor" matçında qonaq komandanın futbolçuları arasında münaqişə yaşanıb.

Mikel Kardozo öz komanda yoldaşı Stefan Bahokenə fiziki müdaxilə edib. Nəticədə Kardozo qırmızı vərəqə alıb.

Qeyd edək ki, görüş "Sivasspor"un 5:2 hesablı qələbəsi ilə nəticələnib.

Milli.Az