19 yaşlı gənc mikroavtobusda bıçaqlandı

25 Yanvar 2025 19:31

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Milli.Az