Rusiyada təyyarə qəzaya uğradı: 20 sərnişin... - VİDEO

25 Yanvar 2025 13:50

Rusiyanın Xabarovsk diyarında "An-24" tipli təyyarə havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. 

Milli.Az rus mediasına istinadla xəbər verir ki, Xabarovsk diyarında 20 sərnişini olan təyyarə havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq kollara çırpılıb. İlkin məlumata görə, An-24 mühərriki sıradan çıxıb.

Fövqəladə hadisə Ayano-Mayski rayonunun Nelkan kəndində baş verib. Xabarovsk Hava Yollarının Nelkan - Xabarovsk reysi ilə uçan təyyarənin göyərtəsində 20 sərnişin və 4 ekipaj üzvü olub.

Milli.Az