Məsciddən silah anbarı kimi istifadə ediblər... – VİDEO

25 Yanvar 2025 13:07

Livanın cənubundakı məsciddə Hizbullaha məxsus silahların saxlandığı anbar aşkar edilib.
 
 Milli.Az xəbər verir ki, bu barədə görüntüləri İsrail Müdafiə Qüvvələri (İDF) yayıb.

İDF Livanın cənubunda aparılan təmizləmə əməliyyatı zamanı məscidin içərisində gizli silah anbarı aşkar etdiyini açıqlayıb.

İsrail ordusunun məlumatına görə, əməliyyat zamanı həmçinin Hizbullaha məxsus silah-sursat, yüzlərlə minaatan, partlayıcılar, raket, silah və digər hərbi avadanlıqla ilə təchiz olunmuş avtomobil aşkarlanıb. /Bizim.Media

Milli.Az