Zirzəmisində insan skeletləri tapılan məscidlə bağlı Rəsmi AÇIQLAMA

24 Yanvar 2025 15:45

Mədəniyyət Nazirliyi Əmircan qəsəbəsində yerləşən Nizaməddin məscidi ilə bağlı açıqlama verib.

Nazirliyin yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ diqqətdə saxlanılır:

"Qurumun səlahiyyətləri çərçivəsində araşdırılması istiqamətində tədbirlər görüləcəkdir".

Qeyd edək ki, Lent.az adıçəkilən məsciddən reportaj hazırlayıb.

Reportajda məscidin zirzəmisində olan insan skeletləri xüsusi diqqət çəkib.

Milli.Az