Rusiyaya yenidən PUA hücumu oldu

24 Yanvar 2025 15:00

Moskva vilayətinin Sergiyev Posad şəhərinə Ukrayna tərəfindən pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

Milli.Az xəbər verir ki, hücum uğursuz olub, zərər və təlafat qeydə alınmayıb.

Bu barədə Moskva vilayəti administrasiyası məlumat verib.

Qeyd edək ki, dünən Rusiyanın 13 şəhəri üzərində Ukraynaya məxsus ümumilikdə 121 ədəd pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Asya
Milli.Az