Şəhərətrafı qatarlardan istifadə edənlərin nəzərinə

24 Yanvar 2025 14:13

"Azərbaycan Dəmir Yolları" QSC-nin şəhərətrafı qatarları 29 yanvarda iş günü qrafiki üzrə fəaliyyət göstərəcək.

Milli.Az bu barədə ADY-yə istinadən məlumat verir.

29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub.

Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək.

Milli.Az