Xəstəliklərə qarşı qoruyucu güc - Qocalmanı gecikdirir, iltihabı aradan qaldırır...

24 Yanvar 2025 13:19

Son illərdə populyar qidalar arasında yer alan avokado təbii xüsusiyyətləri və bədənə olan fərqli təsirləri sayəsində super qida kimi tanınır. Prof. Dr. Aysun avokadonun qida dəyərinin çox yüksək olduğunu, tərkibində olan omeqa yağları, vitamin və minerallar sayəsində insan orqanizminə çoxsaylı faydalar verdiyini bildirir.

Milli.Az avakadonun say-say bitməyən faydalarını sizə təqdim edir:

Ürək-Damar Sağlamlığını Qoruyur: Avokado pis xolesterolu azaldaraq ürək və damar sisteminin qorunmasına kömək edir.

Qocalma əleyhinə Təsiri Var: Tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını alır və dərinin daha parlaq qalmasını dəstəkləyir.

Bağırsaq Səhhətini Yaxşılaşdırır: Lif baxımından zəngin olan avokado həzm sistemini dəstəkləyir, qəbizliyin qarşısını alır.

Beyin Və Göz Sağlamlığına Faydalıdır: Avokado tərkibindəki lutein və zeaksantin sayəsində görüş keyfiyyətini dəstəkləyir, beyin funksiyalarını yaxşılaşdırır.

İltihabla Mübarizə Aparır: Omeqa-3 yağ turşuları və antioksidantlar iltihabı azaldaraq immun sistemini gücləndirir.

Necə istehlak etmək olar?

Avokadonun istifadə sahəsi çox genişdir. Səhər yeməyində tost üstündə, salatlarda, souslarda, smoothie-lərdə və hətta desertlərdə istifadə oluna bilər. Təbii halında istehlak edildikdə faydaları daha effektli olur.

Avokado faydalı qida olsa da, həddən artıq istehlak edilməsi kalorinin yüksək olmasına görə çəki artımına səbəb ola bilər. Həmçinin, lateks allergiyası olan şəxslər avokadoya qarşı da həssas ola bilər.

Fidan
Milli.Az