"Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif ediləcəklər.
Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnəmədə qeyd olunub.
Əsasnamənin birinci maddəsində bildirilib:
"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər".
Milli.Az