Tovuzda ara qarışdı: Ehtiram Quliyev istefaya gedir?

24 Yanvar 2025 11:54

 Azərbaycan Premyer Liqasının 19-cu turundan sonra "Turan Tovuz"un düşərgəsində gərginlik yaşanır. Qərb derbisində "Kəpəz"ə 2:5 hesablı məğlubiyyət Tovuz klubunda ciddi gərginlik yaradıb.
 
Gözlənilməz məğlubiyyət "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevi qəzəbləndirib. O, problemlərlə dolu klubu tərk etmək istəyir.
 
Kluba yaxın şəxsin verdiyi məlumata görə, Ehtiram Quliyev heç bir səlahiyyətə sahib deyil. Komandada hər şey başqa şəxslər tərəfindən idarə olunur.
 
Ehtiram Quliyev yaxın ətrafı ilə söhbətdə bildirib ki, klubda özünü lazımsız fiqur hesab edir, qərarlara təsir imkanı yoxdur, amma komandanın uğursuzluğu zamanı tənqid olunan da odur.
 
Ehtiram Quliyev əmindir ki, 70 yaşlı Kurban Berdıyevlə uğur qazanmaq mümkün olmayacaq. O, situasiyanın dəyişəcəyinə inanmadığını, buna görə də "Turan Tovuz"dan getmək istədiyini bildirib.//publika.az-

Milli.Az