Yanvarın 13-də Lənkəran şəhəri Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.
Milli.Az xəbər verir ki, Mahmud İbayevin qardaşı Rəşad İbayevin sözlərinə görə, ehtimal olunur ki, qayıq istiqamətini dəyişib:
O qeyd edib ki, bəzən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır:
"Dənizin üstündə nə bir iz, nə ipucu tapa bilirik. Yerli camaat arasında guya İran gəmisinin tutub aparması barədə şayiələr dolaşır. Həmin vaxt duman olub, başlarına nə gəlibsə, ancaq Allah bilir".
Qeyd edək ki, hazırda itkin düşən şəxslərin axtarışları Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Asya
Milli.Az