Trampın "savaşı bitir" çağırışına Rusiyadan cavab

24 Yanvar 2025 14:00

"Əgər Tramp administrasiyası səhvlər edildiyini etiraf edib, Ukraynadakı vəziyyətin əvvəlki administrasiyanın səhvlərinin nəticəsi olduğunu iddia edirsə, o zaman bu səhvlər düzəldilməlidir".

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada cari məsələlərlə bağlı həftəlik mətbuat konfransında deyib. Zaxarova Trampın Rusiyanı Ukraynadakı müharibəni dayandırmaq çağırışına cavab verib. Rusiya Tramp administrasiyasını Baydenin Ukrayna ilə bağlı səhvlərini düzəltməyə çağırıb.

Trampın "Bayden rəhbərliyi Ukrayna ilə bağlı səhvlər etdi" ifadəsini dəyərləndirən Zaxarova Baydenin bu səhvləri ABŞ adına etdiyinə diqqət çəkib.

Mariya Zaxarova NATO qüvvələrinin Ukraynaya göndərilməsi ehtimalına gəlincə, "NATO qüvvələrinin Ukraynaya hər hansı müdaxiləsi gərginliyin idarəolunmaz şəkildə artmasına səbəb ola bilər. Bu, Rusiya üçün qətiyyən qəbuledilməzdir" deyib.

Fidan
Milli.Az