Sirkə turşusu içərək zəhərlənən şəxs xilas edildi - FOTO

24 Yanvar 2025 09:28

Sirkə turşusu içərək zəhərlənən şəxs həyata qaytarılıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, 51 yaşlı vətəndaş (qadın cinsli) kəskin peroral sirkə turşusu zəhərlənməsi səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

"Xəstəyə ağız, udlaq, yuxarı tənəffüs yolları, qida borusu, mədə və bağırsağın kimyəvi yanığı, qida borusu və mədə-bağırsaq qanaxması diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurları başladılıb.

Aparılan uzunmüddətli müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib.

1 ay davam edən stasionar müalicə prosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb",- deyə o əlavə edib.

Milli.Az