Məşhur aparıcı Zuhal Topal sosial media hesabında etdiyi paylaşımda Bolu-dakı otel yanğını zamanı qızının ən yaxın dostu və onun ailəsinin də həyatını itirdiyini açıqlayıb.
Yaşanan faciədən sonra ölkədə 1 günlük matəm elan edilib. Zuhal Topal, sosial media hesabında etdiyi paylaşımda qızının sinif yoldaşı və onun ailəsini itirdiyini ürək sızladan ifadələrlə dilə gətirdi.
Topal Instagram hesabından qızı və dostu ilə birgə çəkilən fotoşəkli paylaşaraq bunları yazıb:
"Ah, qızıl ürəkli Elifim, ah, dünyalar şirini balam; canın qardaşını, həyat dolu anan Ebru xanımı və həyatından qoparılan daha yetmiş üç canı bizdən alan məsuliyyətsiz, vicdansız, mərhəmətsiz insan cildindəki məxluqların Rəbbim həm bu dünyada, həm də axirətdə cəzalarını versin. Allahım, yaxınlarını itirən hər kəsə bu acıya dözmək gücü versin. Cənnətdə hüzurla yatın. Ey, bu faciənin məsuliyyətini bir-birinə atmağa çalışanlar, ən ağır cəzalara məhkum olunmanız ümidi ilə! Hamımızın başı sağ olsun."
Lalə Qüdrətova
Milli.Az