Qazaxıstanda qar fırtınası: 5 mindən çox insan təcrid şəraitindədir

23 Yanvar 2025 19:58

Qazaxıstanın Karaqanda vilayətində üç gün ardıcıl olaraq qar fırtınası davam edir, yer buz bağlayıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hazırda yollarda 2400-ə yaxın nəqliyyat vasitəsi: 1181 yük maşını, 1169 minik avtomobili, həmçinin 29 avtobus var, 5 mindən çox insan məcburi şəkildə təcrid olunub.

Ən çətin vəziyyət Karaqandaya (Sarışaqan, Balxaş) doğru cənub istiqamətində yaranıb, burada 1438 nəqliyyat vasitəsi - 721 minik avtomobili, 693 yük maşını, həmçinin 24 avtobus çıxılmaz vəziyyətdə qalıb. Bununla yanaşı, 3723 nəfər isinmə məntəqələrinə yerləşdirilib.

Milli.Az