Azərbaycan Mərkəzi Bankı (AMB) üç kredit ittifaqına icrası məcburi göstəriş verib.
AMB-dən Milli.Az-a verilən məlumata görə, sözügedən kredit ittifaqları "Stimul", "Total Finans", "Finans" MMC-lərdir.
Belə ki, sözügedən kredit ittifaqlarının hər biri tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməyib.
Bu səbəblə "Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onlara bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Milli.Az