"Allah nə yazıbsa onu yaşayırıq" - Aysundan ayrılıq xəbərinə reaksiya - FOTO

23 Yanvar 2025 17:01

Müğənni Aysun İsmayılova ərindən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.az xəbər verir ki, müğənni sosial media hesabından paylaşım edib:

"Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heçnə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım hər birinizdən xaiş edirəm mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa onu yaşayırıq".

Qeyd edək ki, bu gün müğənni Aysun İsmayılovanın vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılması ilə bağlı xəbərlər yayılıb.

Fidan
Milli.Az