Ukraynadakı münaqişəyə son qoyulması Rusiya lideri Vladimir Putinin deyil, ABŞ prezidenti Donald Trampın qələbəsi olmalıdır".
Milli.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Bloomberg TV"yə müsahibəsində deyib.
O, danışıqlara başlamazdan əvvəl ümumi fəaliyyət planı hazırlamağa çağırıb.
"Ukraynada müharibənin dayandırılması məsələsi, mən hesab edirəm ki, Putinin yox, Trampın qələbəsi olmalıdır. Putin onun üçün heç nə deyil. Amerika daha güclüdür, Avropa daha güclüdür, Çin Rusiyadan güclüdür", - Zelenski deyir.
O, münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlara başlamazdan əvvəl birgə fəaliyyət planı formalaşdırmağa çağırıb. Onun sözlərinə görə, bu cür hadisələr ABŞ, Avropa İttifaqı, Ukrayna və onun xalqının maraqlarına uyğun olacaq.
Milli.Az