"BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?

23 Yanvar 2025 15:22

"BakuBus" MMC-nin avtobusları bir neçə il öncədən pulsuz "Wi-Fi" xidmətinə qoşulub. Lakin avtobusda şəbəkənin olduğu görünsə də, internetdən yararlanmaq mümkün deyil. Bir sözlə, "Wi-Fi"ın adı var, özü yoxdur.

Bəs bu problem nə vaxt həllini tapacaq?

Milli.Az xəbər verir ki məsələ ilə bağlı "BakuBus" MMC-nin Mətbuat Xidmətindən mətbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "BakuBus" üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır:

"Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi, bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır. Buna görə də iqtisadi cəhətdən əsaslandırılmalıdır və bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaq".

Milli.Az