Fatih Terimə Səudiyyə Ərəbistanında bir daha ZƏRBƏ

23 Yanvar 2025 14:30

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 16-cı həftəsində Fatih Terimin yenicə çalışdırmağa başladığı "Əl Shabab" səfərdə "Əl-Ittihad"a 2-1 hesabı ilə məğlub olub.

Milli.Az Türkiyə mətbuatın aistinadın xəbər veriri ki, Fatih Terim hakimi ilə bağlı narazılığını bildirib. 

O, "Səudiyyə Ərəbistanı Liqasında çox oyun izlədim. Demək olar ki, ilk dəfədir hakimlər 3 dəqiqə əlavə vaxt göstərdi", - deyib.

Bu nəticə ilə Terim komandasının başında olduğu 3-cü liqa oyununda 2-ci məğlubiyyətini alıb. "Əl-Ittihad" isə 14-cü qələbəsini qazanaraq 43 xal toplayıb. 

Oyun sonrası danışan məşqçi matçın hakimi Urs Shneyderə narazılığını dilə gətirib:

"İlk dəfədir ki, Səudiyyə Ərəbistanı Liqasında  hakimlər 3 dəqiqə əlavə vaxt verirlər. Adətən əlavə vaxtlar daha uzun olur. 8-9 dəqiqə əlavə vaxt gözləyirdim, ona görə də son dəqiqələrdə müdaxilə etdim", - dedi.

Qeyd edək ki, "Əl-Ittihad"-ın qollarını 32-ci dəqiqədə Al Obod və 45+3-cü dəqiqədə Karim Benzema vurub, "Əl Shabab"-ın tək qolunun müəllifi isə 45+5-ci dəqiqədə Haroune Camara olub.

Tural
Milli.Az