Qızdırılan avtomobil oturacaqlarının kişilər üçün təhlükəsi...

24 Yanvar 2025 06:33

Rusiyalı uroloq Aleksandr Belopolski sürücülərə və avtomobil sərnişinlərinə bu məsələyə diqqət etmələrini tövsiyə edir.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, bu cür oturacaqlar kişilərdə prostat xəstəliklərinin, xüsusən prostat adenoması və xərçənginin inkişafına səbəb ola bilər. Belopolski qızdırılmış oturacaqların prostata zərərli təsir göstərdiyini və bunun nəticəsində ciddi sağlamlıq problemlərinin yarana biləcəyini bildirir.

Belə oturacaqların daimi istifadəsi prostat vəzində hipertermiyanın yaranmasına gətirib çıxarır, bu da onun qeyri-iradi böyüməsinə səbəb ola bilər. Həkim prostat spesifik antigenin qanda artmasının prostat xərçənginin sürətli inkişafına yol açdığını qeyd edir. Həmçinin, bu vəziyyət prostatitin kəskin residivinə və kişilərdə sonsuzluğa səbəb ola bilər. Bu risklərdən qaçınmaq üçün oturacaq qızdırıldıqdan sonra həmin funksiyanı söndürmək lazımdır.

Asya
Milli.Az