21:20
Müğənni Aysun İsmayılova həyat yoldaşından boşanır.
Milli.Az xəbər verir ki, tərəflər arasında bununla bağlı razılıq əldə olunub.
Xəbəri dəqiqləşdirmək üçün Lent.az müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxlayıb.
R. Vəliyev bildirib ki, ailədə problemlər olsa da hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb: "Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia verilməyib məhkəməyə".
Qeyd edək ki, Aysun İsmayılova R.Vəliyevlə 2 il öncə ailə qurub. Onların Sevgi adlı qız övladı var. /lent.az
---------
13:17
Müğənni Aysun İsmayılovanın vəkil həyat yoldaşı Ramil Vəliyev paylaşımı ilə diqqət çəkib.
Milli.Az bildirir ki, o, sosial media hesabında müzakirə yaradan sözlər yazıb.
"Heç kimə başqalarının şəxsi həyatı maraqlı olmamalıdı. Kim ayrıldı, kim boşandı. Hər şeyin əvvəli kimi, sonu da var. Ağıllı-ağıllı şərh və ya mesaj yazıb, mülahizə irəli sürməyin, səbəb axtarmayın. Sadəcə xarakter, xasiyyət fərqi...", - deyə, R. Vəliyev bildirib.
Bu statusdan "Rəngarəng"də xəbər tutan A. İsmayılova studiyanı tərk edib.
Milli.Az