Şəmsi Səmədzadə azadlığa buraxıldı

23 Yanvar 2025 12:05

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə bir neçə gün əvvəl azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, o, Gununsesi.info-ya açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb.

"Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur", - deyə Ş.Səmədzadə bildirib.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.

Milli.Az