Banu Alkan xəstəxanaya yerləşdirildi

23 Yanvar 2025 12:42

Türk kinosunun "Afroditası" Banu Alkan xəstəxanaya yerləşdirilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, sənətçi Banu Alkan yüksək təzyiq və şəkər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızması ilə bağlı iddialar pərəstişkarlarını qorxutduğu üçün bu barədə açıqlama verilib.

Sənət aləminin tanınmış simalarından olan Onur Akay sosial media hesabından bu sözləri deyib:

"Banu Alkanın xəstəxanaya aparıldığı doğrudur. Sosial şəbəkələrdə onun beyninə qan sızması ilə bağlı iddialar var idi, amma bu həqiqəti əks etdirmir. Banu ilə telefonla danışdım, şükürlər olsun ki, hazırda səhhəti yaxşıdır. Həkimlər onun qan təzyiqini idarə etməkdə çətinlik çəkiblər: Bu, vəziyyəti daha da pisləşdirdi. Hazırda onun müalicəsi davam edir və həkimlər ona yatmağa qadağa qoyublar" .

Fidan
Milli.Az