Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinin Qartalqaya dağ-xizək kurortunda oteldə baş verən yanğında həlak olan ailənin dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib.
Milli.az xəbər verir ki, Ərdoğan sabiq millət vəkili Mehmet Gültəkinin qızı Zəhra Gültəkin ailəsi ilə dost olduqlarını deyib.
Qeyd edək ki, Zəhra Gültəkin, əri, üç uşağı və daha üç qohumu yanan oteldən xilas ola bilməyib. Ümumilikdə isə yanğın nəticəsində 79 nəfər həlak olub.
Milli.Az dəfn mərasimindən görüntüləri təqdim edir:
Fidan
Milli.Az