5,7 bal gücündə zəlzələ oldu

23 Yanvar 2025 06:50

Filippində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, yeraltı təkanların episentri təxminən 3,5 min nəfərlik əhalisi olan Liloan şəhərindən 7 km cənub-şərqdə yerləşib.

Zəlzələnin mənbəyi 9 km dərinlikdə olub.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə hələ ki, məlumat verilməyib.

Milli.Az