Dünya İqtisadi Forumu Azərbaycanın nailiyyətlərindən danışıb

22 Yanvar 2025 18:27

Azərbaycan rəqəmsal keçidin iqtisadi artımın əsas aparıcı qüvvəsi olduğu, sürətlə dəyişən qlobal landşaftda öz rəqabətədavamlı yerini tutmağa can atır.

Trend xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun "Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024" adlı hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Digital FDI layihəsi məqsədlərin müəyyənləşdirildiyi və konkret strategiyaların təsbit olunduğu silsiləvi strateji görüşlərdən başlayıb.

"Təşəbbüs çərçivəsində artıq Azərbaycan rəqəmsal iqtisadiyyatında çalışan yerli və xarici şirkətlərlə soğrular və müsahibələr aparılıb. Toplanmış məlumatlar təhlil olunub və 4 dekabr 2023-cü ildə seminarda təqdim olunub. Digital FDİ təşəbbüsü artıq Azərbaycanda innovasiya mədəniyyəti və sahibkarlığın inkişafına dəstək olmaqla əhəmiyyətli təsir göstərməyə başlayıb. Keçirilmiş seminarlar bilik mübadiləsini və strateji dəstəyi təmin edib, və beləcə yerli şirkətlərin rəqəmsal keçidin qlobal trendlərinə uyğunlaşmasına yardımçı olub. Şirkətlər və startaplar öz rəqəmsal hazırlıq səviyyələrinin qiymətləndirilməsi və təkmilləşməli olan sahələrin müəyyən edilməsi üzrə praktiki tövsiyələr əldə ediblər və bu onların investisiya baxımından cəlbediciliyini və miqyaslanma imkanlarını artırıb", - deyə hesabatda deyilir.

Qeyd olunur ki, layihənin əsas elementlərindən biri InvesTech kalkulyatorunun yaradılması olub. Sözügedən alət - rəqəmsal investisiyalar barədə dəqiq məlumatların çatdırılması hesabına investisiya qərarlarının qəbul olunmasını sadələşdirmək məqsədi daşıyır.

"Bu alət birbaşa xarici investisiyaların cəlb olunması strategiyasında mühüm rol oynayır, investisiya prosesinin şəffaflığını artırır və onu sadələşdirir.", - hesabatda qeyd olunur.

Bundan başqqa, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, "IDEA: Investing in the Digital Economy of Azerbaijan" təşəbbüsü Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılması istiqamətində əldə etdiyi əhəmiyyətli tərəqqini yüksək qiymətləndirib.

"Hesabatda ölkənin sosial-iqtisadi inkişafının təmin olunması üçün xarici investisiyaların cəlb olunmasının, özəl sektorun aktivləşdirilməsinin, rəqəmsal tərəqqinin və və müvafiq siyasətlərin gerçəkləşdirilməsinin vacibliyi vurğulanıb", - deyə o əlavə edib.

Milli.Az