İtən, oğurlanan telefonların sonrakı aqibəti necə olur?

24 Yanvar 2025 09:17

"Vətəndaşlar ikinci əl telefon alarkən Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinin Vahid Elektron Xidmətlər Portalında "IMEI"  kodu ilə həmin mobil cihaz mütləq şəkildə yoxlanılsın. Oğurluq və itən telefon olduqda həmin portalda bu görsənir və istifadəsi məhdudlaşır".

Milli.Az xəbər verir ki, bu barədə İT eksperti Fərhad Miraliyev deyib.

O bildirib ki,əgər siz telefonun oğurluq olub olmamasını yoxlamaq istəyirsizsə, telefona nömrə taxmaq kifayət edir. Nömrə taxılan kimi cihazın oğurluq olması ilə bağlı məlumat mesaj kimi göndərilir. "Android" və ya "iOS" əməliyyat sistemi ilə çalışan telefonlarda oğurluq halalrının qarşısını alan funksionallıqlar var. Gps vasitəsi ilə həmin telefonun yerini tapmaq olar. Əsas məsələ telefon istifadəçinin özünün müəyyən etdiyi tənzimləmələr və sazlamalarla qalsın.

Ekspert qeyd edib ki, əgər telefon sıfırlanarsa, hər hansı bir əhəmiyyəti qalmır. Telefon itirildikdə və ya oğurlandıqda dərhal polisə müraciət etmək lazımdır. Telefon ehtiyat hissəsi kimi satılarsa, təmir məntəqələri, bazar mərkəzləri nəzarət altına alınır. Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən,oğurluq edən şəxslər məsuliyyətə cəlb olunur. İtilmiş əmlakın geri qaytarılması üçün mülki iddia da qaldırıla bilər. 

Aysel Əkbər
Milli.Az