Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.
O bildirib ki, meymunçiçəyinə qarşı istifadə edilən vaksinlər var və çiçək virusunda istifadə edilən vaksinlər də meymunçiçəyinə qarşı istifadə edilir.
"Hazırda meymunçiçəyinə qarşı mövcud vaksin sadəcə endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur", - deyə Z.Quliyev əlavə edib.
Milli.Az