İmişlidə baş verən qəzada xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.
Onun anası Vahidə Ənvər qızı Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış - 2016-cı il fevralın 10-da xəstəlikdən vəfat edib.
Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. / "Unikal"
Milli.Az