Biz son üç ildə Mərkəzi Bankın məcburi ehtiyatlarının 54% artımına nail olduq.
Milli.Az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Bu o deməkdir ki, Mərkəzi Bank 2022-ci ilin əvvəlinə olan ehtiyat həcminə 54% ekvalentində manat çap edib. Bank sektorunda çox lilvidlik var idi. Məcburi ehtiyat normaları imkan verdi ki, biz likvidliyi sterilizasiya edək", - o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Milli.Az