ABŞ-ın yeni prezidenti Donald Tramp ölkədə süni intellekt (AI) infrastrukturunun inkişafı üçün 500 milyard dollarlıq sərmayə planını açıqlayıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, çərşənbə axşamı OpenAI-nin baş direktoru Sam Altman, SoftBank-ın baş direktoru Masayoshi Son və Oracle-ın sədri Larry Ellison Trampın da iştirakı ilə Ağ Evdə görüşərək Stargate adlı yeni bir texnologiya şirkəti qurduqlarını elan ediblər.
Tramp bu təşəbbüsü "tarixdəki ən böyük süni intellekt infrastruktur layihəsi" adlandırıb. Layihənin ilkin mərhələsi üçün 100 milyard dollar sərmayə yatırılacaq və ümumilikdə 500 milyard dollara qədər investisiya nəzərdə tutulub.
Yeni yaradılan Stargate AI şirkəti süni intellektin inkişafı üçün ABŞ-da güclü infrastruktur qurmağı hədəfləyir. Layihənin ölkənin texnologiya sektoruna böyük təsir göstərəcəyi və qlobal AI yarışında ABŞ-ın liderliyini gücləndirəcəyi gözlənilir.
Fidan
Milli.Az