Mehdiabad ərazisinin sakinləri yaşadıqları ərazidə bağça və məktəb olmamasından şikayətlənirlər. Milli.Az xəbər verir ki, buranın əhalisi çox olsa da təhsil almaq üçün imkanlar yoxdur. Ona görə də ailələr uzaq məsafələr qət edib digər qəsəbədə olan məktəbdə övladlarını oxudurlar.
Sakinlərin sözlərinə görə, ərazidə bağça tikintisi üçün boş yerlər də var. Abşeron - Xızı Regional Təhsil İdarəsindən bildirildi ki, Mehdiabad rayon ərazisində məktəb və bağça tikintisi ilə bağlı ilkin qiymətləndirilmə aparılıb.
"Həmin ərazinin yaxınlığında 520 şagird yerlik Digah qəsəbə tam orta məktəbi, 6 nömrəli uşaq bağçası eləcə də 360 şagirdlik Mehdiabad qəsəbəsi 3 nömrəli tam orta məktəbi və 18 nömrəli uşaq bağçası fəaliyyət göstərir. Təhsil müəssələrinin tikintisi və təmiri növbəlik prinsipi əsasında həyata keçirilir".
Aysel Əkbər
Milli.Az