Göyçayda tələbə qızlar qidadan zəhərləniblər - YENİLƏNİB

22 Yanvar 2025 16:27

16:27

"Göyçayda zəhərlənən tələbələr Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridirlər".

Milli.Az xəbər verir ki, bu məlumat Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilib.

Qeyd olunub ki, zəhərlənənlərin beşi də üçüncü kurs tələbələridirlər:

"Onlar evdə yedikləri tortdan zəhərləniblər. Vəziyyətləri yaxşıdır. Bu gün imtahanları olub və hər biri imtahanda iştirak ediblər.

Günay Rasim qızı Heydərova "Azərbaycan iqtisadiyyatı", Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu "Vergilər və vergi tutumu", Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva "Mühasibat uçotu" fənnindən imtahan veriblər", - deyə məlumatda bildirilir.

Göyçayda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən tələbələr evə buraxılıblar.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib./oxu.az

10:29

Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.

Milli.Az bildirir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. (report)

Faktla bağlı araşdırma aparılır.

Milli.Az