"Qalatasaray" PSJ-nin ulduz futbolçusu Milan Skriniar ilə razılığa gəlib.
Milli.Az "SporX"ə istinadən xəbər verir ki, oyunçu transferə görə İstanbul nəhəngindən 4.2 milyon avro qazanacaq.
Onun yarımmövsümlük 1.8 milyon avroluq əməkhaqqını isə PSJ ödəməyi üzərinə götürüb.
Bildirək ki, "Napoli"nin də təklif göndərdiyi Skriniar "Qalatasaray"ı seçib. Futbolçunun həftəsonu İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gğzlənilir.
Tural
Milli.Az